Apteklərdə monitorinq aparıldı - Nöqsanlar aşkarlandı

19:00 - 11 Mart 2024

Apteklərdə monitorinq aparıldı - Nöqsanlar aşkarlandı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin fevral ayı ərzində Bakı şəhəri üzrə 1 planlı və 1 plandankənar, respublikanın digər şəhər və rayonlarında isə 23 planlı və 12 plandankənar olmaqla, ümumilikdə 37 aptekdə yoxlama aparılıb.

 

Bu barədə Manset.az-a Mərkəzdən bildirilib.

Yoxlamalar zamanı 4 aptekdə nöqsan aşkarlanıb, 9 adda dərman vasitəsi (38 qutu) müsadirə edilib.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3, 452.4 maddəsi üzrə protokollar tərtib edilib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin