Londonun İrəvanla bağlı açıqlamasına Moskva belə cavab verdi

07:00 - 12 Mart 2024

Londonun İrəvanla bağlı açıqlamasına Moskva belə cavab verdi

“Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin sözləri Qərbin Ermənistanı Rusiyaya qarşı yönəlmiş alətə çevirmək istəyinin birbaşa təsdiqidir”.

 

Manset.az xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bəyanatında qeyd olunub.

 “Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların antirusiya mahiyyətini gizlətməkdən əl çəkməsi bizi artıq təəccübləndirmir. Lakin Hippinin etirafı Qərbin Ermənistanı Moskvaya qarşı yönəlmiş xəttin alətinə çevirmək istəyinin birbaşa təsdiqidir”, - sənəddə bildirilib.

Qeyd edək ki, daha öncə C.Hippi açıqlamasında ölkəsinin Ermənistanı Rusiyanın əleyhinə dəstəkləməyə hazır olduğunu bildirib.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin