"Avroviziya"da QAYDALAR DƏYİŞİLİR

00:22 - 12 Mart 2024

Nüfuzlu "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində ciddi dəyişikliklərin ediləcəyi açıqlanıb.

 

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu haqda yarışmanın rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, ilk dəyişikliklərdən biri səsvermə ilə əlaqədardır. Belə ki, səsvermə üçün yarım saata artıq ehtiyac qalmayacaq. İlk çıxış başlayandan artıq sevdiyiniz iştirakçınıza səs verə biləcəksiniz. Dünya səsverməsi isə 1 gün öncədən açılacaq.

Böyük beşlik (Böyük Britaniya, İtaliya, İspaniya, Almaniya, Fransa) və ev sahibi əlavə çıxış etməyəcək. Onların çıxışları iştirakçı ölkələrin çıxışları arasında səpələcək.

Yarışmada daha bir böyük dəyişikliyin də olacağı, lakin bunun yaxın günlərdə açıqlanacağı diqqətə çatdırılıb.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin