"Qarabağ"ın "Bayer 04"lə matçı məşhur ingilis hakimə tapşırıldı

13:35 - 12 Mart 2024

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Entoni Teylora Qari Besuik və Adam Nann kömək göstərəcək. Dördüncü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək. VAR-da Stüart Attuell, AVAR-da Carred Qavan Cillett (Avstriya) əyləşəcək.

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin