Yel çərşənbəsində ən yüksək temperatur 5 il öncə qeydə alındı

13:58 - 12 Mart 2024

Yel çərşənbəsində ən yüksək temperatur 5 il öncə qeydə alındı

Son 10 ilin Yel çərşənbəsində ən yüksək temperatur göstəricisi 2019-cu ildə qeydə alınıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə Bakıda və Abşeron yarımadasında 19, bəzi bölgələrdə 23, dağlıq ərazilərdə 14 dərəcə isti olub.

"2014-cü ilin Yel çərşənbəsində isə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 16 dərəcə isti, 2015-2016-cı illərdə 13 dərəcə isti, 2017-ci ildə 12 dərəcə isti, 2018-ci ildə 5 dərəcə isti, 2019-cu ildə 19 dərəcə isti, 2020-ci ildə 15 dərəcə isti, 2021-ci ildə 7 dərəcə isti, 2022-ci ildə 13 dərəcə isti, 2023-cü ildə 8 dərəcə isti olub. Bu gün isə 9 dərəcəyədək isti müşahidə olunur", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda Novruzun üçüncü - Yel çərşənbəsi qeyd edilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin