Kral III Çarlz Muxtar Babayevi qəbul etdi
27 İyul 2024
14:05 - 12 Mart 2024
Vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi gücləndirilir.
Manset.az "Report"a istinadən xəbər verir ki, bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatı ilə bağlı təzimləmənin təkmilləşdirilməsi məqsədilə Əsasnaməyə ayrıca fəsl əlavə olunur.
Bu çərçivədə Əsasnaməyə yeni təminatlar - vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul kompensasiyasının verilməsi, vergi orqanının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin verilməsi müəyyən edilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin