Boeing qalmaqalını açıqlayan keçmiş işçi ölü tapıldı

14:19 - 12 Mart 2024

Boeing qalmaqalını açıqlayan keçmiş işçi ölü tapıldı

Boeing şirkətinə qarşı açılan iddiada ifadə verməsi gözlənilən şirkətin keçmiş əməkdaşı Con Barnett dünən qaldığı otelin dayanacağında avtomobilində ölü tapılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o başına atəş açılması nəticəsində həyatını itirib. Barnett  Boeing-in məhsullarında istehsal qüsurları və fabriklərində təhlükəsizlik pozuntuları olduğunu bildirmişdi. Con Barnett 2019-cu ildə  “787 Dreamliner” tipli sərnişin təyyarəsində kabin təzyiqinin qəfil enməsi halında sərnişin oturacaqlarındakı oksigen maskalarını avtomatik işə salan sistemlərin əksəriyyətində istehsal qüsuru olduğunu iddia etmişdi.

Beoing, 2017-ci ilə qədər şirkətdə çalışan Barnettin vəfatından kədərləndiyini açıqlayıb.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin