Ölkəsinə qayıda bilməyən Haitinin baş naziri istefa verdi

14:31 - 12 Mart 2024

Ölkəsinə qayıda bilməyən Haitinin baş naziri istefa verdi

Haitidəki dəstə müharibələri baş nazir Ariel Henrinin istefası ilə nəticələnib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Barbekü” ləqəbli dəstə başçısının təhdidləri səbəbindən Puerto-Rikodan ölkəyə dönə bilməyən baş nazir rəsmən istefa verib.

Qayana Prezidenti və Karib Hövzəsi İcmasının (CARICOM) sədri İrfaan Əli açıqlamasında deyib: “Müvəqqəti olaraq prezident şurasının yaradılması və müvəqqəti baş nazirin təyin edilməsi ilə bağlı razılaşmadan sonra baş nazir Ariel Henrinin istefasını qəbul etdik” ifadəsini istifadə edib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin