Belqorod administrasiyasının binasına Ukrayna PUA-sı çırpıldı

16:37 - 12 Mart 2024

Belqorod administrasiyasının binasına Ukrayna PUA-sı çırpıldı

Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatının Rusiyanın Belqorod administrasiya binasına çırpılması nəticəsində iki şəxs yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

"Belqorodda düşmən PUA-sı şəhər administrasiyasının binasına çırpılıb. İki qurban var: bir nəfər qəlpə yaraları alıb, ikincidə beyin silkələnməsi olub. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir", - o qubernator vurğulayıb.

Qubernatorun sözlərinə görə, partlayış nəticəsində binanın şüşələri sınıb, fasadı ziyan görüb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin