Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsi həbs edildi

16:45 - 12 Mart 2024

Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsi həbs edildi

Ədliyyə Nazirliyinin Katibliyinin məxfi şöbəsinin rəisi Hafiz Əliyev dələduzluq ittihamı ilə həbs edilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, H.Əliyev Maştağa qəsəbəsinin sədri İlqar Qurbanova təkrar bələdiyyə sədri seçiləcəyi barədə yalan vəd verərək onun 90 min manat pulunu ələ keçirib.

Bir müddət sonra zərərçəkmiş İlqar Qurbanov vəfat edib. Onun hüquqi varisi kimi tanınan həyat yoldaşı H.Əliyevdən hüquq-mühafizə orqanlarına şikayət edib. Təqsirləndirilən ədliyyə əməkdaşı haqda istintaq dövründə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə H.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, H.Əliyev 2019-2023-cü illərdə sözügedən vəzifəni icra edib. 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin