“28 May” ərazisində bu yeniliklər olacaq

16:52 - 12 Mart 2024

“28 May” ərazisində bu yeniliklər olacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı “28 May”​ metrostansiyasının ətrafında görüləcək işləri açıqlayıb.

 

Manset.az agentliyə istinadən xəbər verir ki, ərazidə aidiyyəti qurumlarla birgə abadlaşma işləri həyata keçiriləcək: “Bu işlər çərçivəsində asfalt örtüyünün dəyişdirilməsi, mikromobillik infrastrukturunun qurulması, o cümlədən velosiped zolaqlarının təşkil edilməsi və piyada zonalarının yaradılması nəzərdə tutulur. Həmçinin ərazinin şəhərin alternativ mərkəzinə çevrilməsi hədəflənir”.

AYNA-dan bildirilib ki, Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da təşkil olunacaq.

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin