İsrailin ordusu Livanın Baalbek şəhərinə hücum etdi: Ölən və yaralılar var

17:16 - 12 Mart 2024

İsrailin ordusu Livanın Baalbek şəhərinə hücum etdi: Ölən və yaralılar var

Bu gün İsrail ordusu Livanın Baalbek şəhərinə  ardıcıl 2 hava hücumu edib. 

 

Manset.az Livanın rəsmi agentliyi NNA-ya istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Baalbek-Riyak avtomobil yolundakı bir binanı hədəf alıb.

Hücum nəticəsində 1 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.

İsrailin Baalbekin Nəbi Şit qəsəbəsindəki bir evə 5 dəqiqə fərqlə ikinci hava hücumu təşkil etdiyi bildirilib.

İsrail ordusundan verilən açıqlamada, Livanın daxili hissəsində yerləşən Baalbekdəki Hizbullahın iki hərbi komanda mərkəzinin döyüş təyyarələri ilə vurulduğu bildirilib.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin