İranda daha 3 məhbus edam edildi

17:03 - 12 Mart 2024

İranda daha 3 məhbus edam edildi

İran zindanlarında daha 3 məhbus edam edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünən Kərəcin Qızılhisar və İlam əyalətinin mərkəzi həbsxanalarında üç məhbus dar ağacından asılıb.

Bildirilib ki, edam olunan məhbuslar adam öldürməkdə ittiham ediliblər.

Qeyd edək ki, ötən il İran zindanlarında 834 məhbusun edam hökmü həyata keçirilib.

Əfsanə Rəcəb

Manşet.az 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin