Ramil Usubov Gürcüstanın müdafiə naziri ilə GÖRÜŞDÜ

18:14 - 12 Mart 2024

Ramil Usubov Gürcüstanın müdafiə naziri ilə GÖRÜŞDÜ

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov bu ölkənin müdafiə naziri İrakli Çikovani ilə görüşüb.

 

Manset.az  xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji əməkdaşlığın əhəmiyyətindən danışıblar.

Müdafiə naziri qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə bundan sonra da hazırdır.

Görüşdə müdafiə sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq illik plana uyğun olaraq intensiv şəkildə həyata keçirilir.

Söhbət zamanı, həmçinin Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətinə diqqət çəkilib.

İrakli Çikovani deyib ki, Gürcüstan bu il müdafiə nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi edəcək.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin