Ramazanın 3-cü gününün duası - İmsak və iftar vaxtı

21:10 - 12 Mart 2024

Ramazanın 3-cü gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının üçüncü günündə imsak vaxtı 05:30, iftar isə 19:00-dadır.

 

Manset.az üçünücü günün imsak vaxtı üçün duasını təqdim edir: 

 “Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin”.

 Tərcüməsi:

 “İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!”

 İftar duası:

 “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

 Tərcüməsi:

 “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

 Allah orucunuzu qəbul etsin!


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin