Tacir ilk dəfə birinci evliliyindən danışdı

22:03 - 12 Mart 2024

Tacir ilk dəfə birinci evliliyindən danışdı

Müğənni Tacir Şahmalıoğlu ATV kanalında şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

 

Manset.az  teleqraf.com-a istinadən bildirir ki, Tacir Şahmalıoğlu bu sözləri deyib:

"Mən ikinci dəfə ailə qurmuşan. İlk evlilikdən övladım yoxdur, altı-yeddi aydan sonra həyat yoldaşımdan ayrıldım. Əslində, səhv addım atmışdım. Düşünmədən, böyüyümün sözünə baxmadan hərəkət etmişdim. Evliliyim alınmadı. Gördüm ata-ana xeyir-duası olmadan xoşbəxt olmaq qeyri-mümkündür... Bunu yaşadım, gördüm. İkinci nikahım isə 29 yaşımda baş tutdu".

Qeyd edək ki, Tacir Şahmalıoğlu Kəmalə adlı xanımla ailəlidir. Onların iki övladı var.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin