Krivoy Roq atəşə tutuldu - Ölən və yaralananlar var

23:28 - 12 Mart 2024

Krivoy Roq atəşə tutuldu - Ölən və yaralananlar var

Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə zərbələr endirib.

 

Manset.az  “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Şəhər Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat verib.

Onun sözlərinə görə, doqquzmərtəbəli binaya birbaşa zərbə olub.

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenkonun sözlərinə görə, hücum nəticəsində 3 nəfər ölüb, 38 nəfər yaralanıb.

“Xəsarət alanlar arasında uşaqlar da var. Lakin bu rəqəmlər yekun deyil, çünki dağıntılar altında axtarış-xilasetmə işləri davam edir”, - o bildirib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin