Bakıda sərnişin avtobusu ilə motosiklet toqquşdu - FOTO

23:36 - 12 Mart 2024

Bakıda sərnişin avtobusu ilə motosiklet toqquşdu - FOTO

Bakının Xətai rayonu, Xocalı prospektində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

 

Manset.az  APA-ya istinadən xəbər verir ki, “Baku Bus” MMC-yə məxsus 21 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolayrıcından keçərkən motosikletlə toqquşub.

Hadisə zamanı motosikletçi avtobusun təkəri altında qalıb, komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Avtobusun sürücüsü şok vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin