Tramp prezident olmaq yolunda mühüm dəstək aldı

09:54 - 13 Mart 2024

Tramp prezident olmaq yolunda mühüm dəstək aldı

ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezidentliyə namizəd olmaq üçün Respublikaçılar Partiyası üzvlərinin tam dəstəyini qazanmaqdadır.  

 

Manset.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar mətbuatında dərc edilən məlumatda qeyd olunur.

Belə ki, D.Tramp Vaşinqton, Corciya və Missisipi ştatlarında keçirilən ilkin seçkilərdə qalib gəlib və indiyədək ona 1 219 nümayəndə dəstəyini ifadə edib.

Halbuki, qaydalara görə, Respublikaçılar Partiyasından namizəd olmaq üçün 1 215 partiya nümayəndəsinin səsi kifayət edir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin