“Son 4 ildə bütün müharibələrdən daha çox uşaq öldü” - BMT-nin Qəzza hesabatı

11:50 - 13 Mart 2024

“Son 4 ildə bütün müharibələrdən daha çox uşaq öldü” - BMT-nin Qəzza hesabatı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini X hesabında İsrailin Qəzzaya hücumlarında həlak olan uşaqlarla bağlı paylaşım edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lazzarini İsrailin Qəzzada qətlə yetirdiyi uşaqlarla bağlı statistik rəqəmləri "şok edici" olaraq xarakterizə edib.

O, İsrailin 7 oktyabrdan bu yana hücumlarının hədəfi olan Qəzza zolağında öldürülən uşaqların son 4 ildə dünyada baş verən müharibələrdə ölən uşaqların ümumi sayından çox olduğunu bildirib. .

"Bu, uşaqlara qarşı müharibədir. Uşaqların gələcəyinə qarşı müharibə", - Lazzarini deyib.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin