Pul Rusiyanın, faizi Ukraynanın - Avropa İttifaqından diqqətçəkən addım

12:28 - 13 Mart 2024

Pul Rusiyanın, faizi Ukraynanın - Avropa İttifaqından diqqətçəkən addım

Rusiya ilə Ukrayna arasında müharibənin başlamasından sonra dondurulmuş Rusiya aktivləri ilə bağlı Avropa İttifaqından (Aİ) diqqətçəkən bir addım atılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müharibə səbəbilə Avropa Birliyi ölkələrində dondurulan təxminən 200 milyard avroluq rus pulunun faizinin Kiyev rəhbərliyinə ötürüləcəyi gündəmə gətirilib.

Məsələ ilə bağlı danışan AB rəsmisi, Rusiyanın dondurulmuş aktivlərinin qlobal faiz dərəcələrinin inkişafından asılı olaraq 2027-ci ilin sonuna qədər 15-20 milyard avro gətirəcəyini gözlədiyini açıqlayıb.

AB rəsmisi, "Ukraynaya kömək etmək istəyirik, lakin eyni zamanda maliyyə sabitliyinin pozulmamasını təmin etməyimiz lazımdır” deyib.

Məlum olub ki, sözügedən pulların bir hissəsinin müntəzəm olaraq Ukraynaya köçürülməsi gözlənilir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin