Həbsxanada ölən Navalninin köməkçisinə çəkiclə hücum edildi

14:10 - 13 Mart 2024

Həbsxanada ölən Navalninin köməkçisinə çəkiclə hücum edildi

Uzun müddət Aleksey Navalninin köməkçisi olmuş Leonid Volkov Litvada yaşadığı evin qarşısında hücuma məruz qalıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Navalninin sözçüsü Kira Yarmiş X sosial media platformasında açıqlama verib.

Yarmiş açıqlamasında, “Volkov yenicə evinin qarşısında hücuma məruz qalıb. Kimsə maşının şüşəsini sındıraraq onun gözlərinə gözyaşardıcı qaz vurub, sonra hücumçu Leonidi çəkiclə vurmağa başlayıb” deyib.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis hücumu "şok" adlandırıb. Landsbergis, "Cinayətkarlar cinayətlərinə görə cavab verməli olacaqlar" deyib.

Litva polisi bildirib ki, Volkova qarşı hücumla bağlı istintaq davam edir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin