Çində restoranda partlayış: 2 nəfər öldü, 26 nəfər yaralandı

14:32 - 13 Mart 2024

Çində restoranda partlayış: 2 nəfər öldü, 26 nəfər yaralandı

Çinin Hebey əyalətinin Sanhe şəhərində yerli vaxtla saat 07.54-də toyuq restoranında partlayış baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, restoranda baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 26 nəfər yaralanıb.

Həmçinin, partlayış nəticəsində restorana və ətrafdakı binalara böyük ziyan dəyib.

Həmin anlar kameralara əks olunub.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin