Ərdoğan Putinin Türkiyə səfərinin vaxtını AÇIQLADI

14:45 - 13 Mart 2024

Ərdoğan Putinin Türkiyə səfərinin vaxtını AÇIQLADI

Martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərindən sonra Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfər edəcəyini gözləyirik.
 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib səfirlərlə görüşündə bildirib.

“Türkiyə martın 31-də keçirləcək yerli seçkilərdən sonra Rusiya prezidenti Vladimir Putini qəbul edəcək”.

Ərdoğan Rusiya-Ukrayna münaqişəsi mövzusunda da danışıb. Türkiyə prezidentinin sözlərinə görə, Ankara həm Ukrayna, həm də Rusiya ilə dialoqu davam etdirir.

O, həmçinin qeyd edib ki, Rusiyanı istisna edən sülh planları “nəticə verməyəcək”.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin