AB-dən Yandex-in rusiyalı həmtəsisçisi ilə bağlı yeni qərar

16:39 - 13 Mart 2024

AB-dən Yandex-in rusiyalı həmtəsisçisi ilə bağlı yeni qərar

Aİ Rusiyanın məşhur axtarış sistemi Yandex-in həmtəsisçisi Arkadi Voloja qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, AB-nin internet saytında edilən açıqlamada sanksiya siyahısından çıxarılan 11 nəfərlə birlikdə Voloj da yer alıb.

Qeyd edək ki, Aİ 2022-ci ilin iyununda Yandex-in həmtəsisçisi Arkadi Volojun hökumətyönlü hekayələri təbliğ etdiyi və Rusiyanın Ukraynaya qarşı müharibəsində şərik olduğunu iddia edərək ona sanksiya tətbiq etmək qərarına gəlmişdi.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin