Laçında Prezidentin xüsusi nümayəndəsi təyin edildi - SƏRƏNCAM

16:52 - 13 Mart 2024

Laçında Prezidentin xüsusi nümayəndəsi təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

 

Manset.az xəbər verir ki, Sərəncama əsasən, Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Sərəncamla, həmçinin “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 mart tarixli 3806 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 3, maddə 411 (Cild I) ləğv edilib.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin