“WhatsApp”a daha bir xüsusiyyət GƏLDİ

17:49 - 13 Mart 2024

“WhatsApp”a daha bir xüsusiyyət GƏLDİ

Dünyanın ən populyar mesajlaşma tətbiqi “WhatsApp”a yeni xüsusiyyət gəlib.

 

Manset.az  WABetaInfo portalına istinadən xəbər verir ki,  istifadəçilər çatları yenidən gözdən keçirə biləcəklər.

Mütəxəssislər bildiriblər ki, tətbiqdə filtrlərdən ibarət sətir görünəcək. “Seçim sizə söhbətlərin siyahısını filtrləməyə imkan verəcək ki, müəyyən növ söhbətlər göstərilsin”, - WABetaInfo qeyd edib.

Xüsusilə, "WhatsApp" yalnız oxunmamış söhbətləri göstərmək üçün xüsusi filtr və istifadəçilərə qrup söhbətlərinin siyahısını görməyə imkan verən digər filtr təqdim edir.

Söhbət filtrləmə funksiyası Google Play proqram mağazasından Android üçün ən son WhatsApp beta yeniləmələrini quraşdıran bəzi beta testçiləri üçün əlçatandır. Seçim yaxın həftələrdə daha çox istifadəçi üçün əlçatan olacaq.

Bundan əvvəl məlum olmuşdu ki, “Android” əməliyyat sistemli cihazlarda “WhatsApp” istifadəçiləri daha bir yeni funksiyaya çıxış əldə edəcəklər. İndi onlar proqrama üçdən çox çat əlavə edə biləcəklər.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin