İslam dini nənə və babası eyni olan şəxslərin nikahına icazə verirmi?

08:05 - 14 Mart 2024

İslam dini nənə və babası eyni olan şəxslərin nikahına icazə verirmi?

Tibbi baxımdan nənə və babası eyni olan şəxslərin nikahı qəbuledilməz olsa da, hazırda Azərbaycanın Ailə Məcəlləsi bunu qadağan etmir. Bəs İslam dini bu insanların nikahını qəbul edirmi?

 

Manset.az xəbər verir ki, İlahiyyatçı Yaşar Qurbanov big.az-a bildirib ki,dinimizdə belə bir qadağa yoxdur. Əmi,bibi, xala, dayı uşaqları bir-biri ilə evlənə bilərlər:

"Dinimizdə belə bir qadağa yoxdur. Peyğəmbərimiz öz qızını Həzrəti Əliyə vermişdi. Həzrəti Əli peyğəmbərimizin əmisi oğlu idi. Əlbəttə ki, əmi, dayı, xala, bibi uşaqları evlənə bilərlər. Din bu nikahdan doğulan uşaqların xəstə olma ehtimalı barədə xəbərdarlıq etmir".
 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin