DİN əməliyyat keçirdi: Narkotacirlər ƏLƏ KEÇDİ - FOTO

09:08 - 14 Mart 2024

DİN əməliyyat keçirdi: Narkotacirlər ƏLƏ KEÇDİ - FOTO

Şəmkirdə narkotacirlərə qarşı əməliyyatlar keçirilib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətidən Manset.az-a məlumat verilib.

Qeyd olunub ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə İrandan qeyri-qanuni yolla gətirilmiş narkotiklərin satışını təşkil edən rayon sakini Əliyev Emin saxlanılıb.

Onun üzərindən və evindən 5 kiloqramdan artıq heroin aşkar edilib.

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sadıqov Ceyhun, Məmmədəliyev Nurlan və Abbasov Vüsal saxlanılıblar. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin