"Qarabağ" bu gün "Bayer 04" ilə üz-üzə gələcək

09:31 - 14 Mart 2024

Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək.

 

Manset.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.

Ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi Almaniyada “Bayer”lə görüşəcək. 

Xatırladaq ki, “Qarabağ” bu rəqiblə Avroliqanın qrup mərhələsində də qarşılaşmışdı. Səfərdə 1:5 hesabıyla uduzmuş Ağdam klubu, evdə də 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.

“Bay Arena”da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Avropa Liqası
1/8 finalın cavab oyunu
14 mart

00:00. “Bayer” – “Qarabağ”
Baş hakim: Entoni Teylor (İngiltərə)
Leverkuzen. “BayArena”
İlk oyun – 2:2.


Xəbər xətti

21 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin