Bu ölkədə hərbi xidmət qadınlar üçün də məcburi olacaq

15:37 - 14 Mart 2024

Bu ölkədə hərbi xidmət qadınlar üçün də məcburi olacaq

Danimarka tarixində ilk dəfə olaraq qadınları məcburi hərbi xidmətə cəlb etməyi və hərbi xidmət müddətini uzatmağı planlaşdırdığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, çərşənbə günü verdiyi açıqlamada Danimarkanın baş naziri Frederiksen bu addımın "tam gender bərabərliyini təmin edəcəyini" söyləyib.

Baş nazir Frederiksen “Müharibə istədiyimiz üçün deyil, müharibədən qorunmaq istədiyimiz üçün silahlandırırıq” deyərək bu qərarın arxasında dayanan düşüncələrini izah edib.

Danimarka hökuməti qarşıdakı 5 ildə müdafiə büdcəsini 6 milyard dollar artıraraq NATO-nun xərc hədəflərinə çatmağı hədəflədiyini açıqlayıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin