Kral ailəsində xəyanət qalmaqalları getdikcə artır

17:03 - 14 Mart 2024

Kral ailəsində xəyanət qalmaqalları getdikcə artır

İngiltərənin vəliəhd şahzadəsi Uilyam və şahzadə Keyt Middletonun nağıl kimi evliliyi qalmaqallarla yadda qalıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Keytin səhhətinə görə yoxa çıxandan sonra Uilyam tərəfindən xəyanət edildiyi iddia edilib.

Sonuncu dəfə 2023-cü il dekabrın 25-də görünən Keytin əməliyyat keçirdikdən sonra diqqət mərkəzindən uzaq olması, əvvəlcədən razılaşdırılmış dəvətlərdə iştirakının ləğv edilməsi, bazar günü yayımladığı şəklin də fotoşopla çəkilməsi şayiələri sürətləndirib. Bunun üzərinə Uilyam və Kate çərşənbə axşamı avtomobillərində görünüblər. Lakin bu görüntüdə Keytin üzü görünməməsi dubldan istifadə edildiyi fikrini yaradıb.

Keytin yoxluğunun səhhəti ilə bağlı olmadığı, ona xəyanət edildiyi və boşanmaq istədiyi üçün saraydan uzaqlaşdırıldığı iddia edilib.

İddiaya görə, Uilyam zadəgan Ledi Rouz Hanberi (40) ilə qadağan olunmuş eşq macərası yaşayıb və hətta bu münasibətdən bir qızı da olub.

Bu söz-söhbət yeni deyil, lakin bu dəfə Keytin yoxluğuna görə daha böyük təsir bağışlayıb. Saray Keyt ilə bağlı gərginliyi idarə edə bilmədiyi müddətdə hər gün yeni iddialar əlavə olunur. Hətta Keytin həyatda olmadığını deyənlər də var.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin