"Biz beynəlxalq təzyiqləri dəf edib Rəfaha girəcəyik" - Benyamin Netanyahu

18:30 - 14 Mart 2024

İsrailin baş naziri Benyamin Netanyahu yenidən Rəfaha hücum edəcək.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş Nazirlik Mətbuat İdarəsindən verilən yazılı açıqlamaya görə, Netanyahu hərbi hissəyə səfəri zamanı Qəzzaya edilən hücumlarla bağlı qiymətləndirmələr edib.

Fələstinlilərin sığındığı Rəfaha qurudan hücum etməmək üçün İsrail ordusunun beynəlxalq təzyiq altında olduğunu ifadə edən Netanyahu, “İsrail ordusu Rəfahda döyüşlərini davam etdirməyə hazırlaşarkən biz də bizə mane olan beynəlxalq təzyiqlərlə üzləşirik.  İsrailin baş naziri olaraq bu təzyiqləri dəf edib , Rəfaha girəcəyik." deyib.

İsrail rəhbərliyi uzun müddətdir ki, təxminən 1,5 milyon fələstinlinin sığındığı Rəfaha qurudan hücuma keçəcəyini deyir.

Beynəlxalq ictimaiyyət fələstinlilərin sığındığı Rəfaha qurudan hücumun ağır nəticələr verəcəyini bildirərək, İsraili bu addımı atmamağa çağırır.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin