Tükürpədən "sevgi mərkəzi" - 658 nəfər xilas edildi

20:07 - 14 Mart 2024

Tükürpədən

Filippində internetdə sevgili rolu oynayaraq saxtakarlıq etməyə məcbur edilən yüzlərlə insan bir dələduzluq mərkəzindən xilas edilib.


Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Filippin polisinin mərkəzdə keçirdiyi reyd zamanı 383-ü Filippin, 202-si Çin və 73 digər ölkələrin vətəndaşları xilas edilib. Onların arasında qadınlar çoxluq təşkil edir.

Paytaxt Manilanın təxminən 100 kilometr şimalında yerləşən dələduzluq mərkəzinin internetdə fəaliyyət göstərən qumar şirkəti kimi qeydiyyatdan keçdiyi məlum olub. Cənub-Şərqi Asiya ölkələri saxtakarlıq fəaliyyəti üçün mərkəzə çevriliblər və fırıldaqçıların özləri də çox vaxt cinayətə məcbur edilən şəxslərdir.

Gənc və texnoloji bilikləri olan qurbanlar çox vaxt bu qeyri-qanuni əməliyyatlarda iştirak etməyə məcbur olurlar. Fırıldaqçılıq fəaliyyətləri çirkli pulların yuyulmasından kriptovalyuta və sevgi fırıldaqlarına qədər dəyişir. Tanışlıq dələduzluğu fermerlərin donuzları kəsməzdən əvvəl kökəltmə üsuluna istinad edərək "donuz kəsimi" dələduzluğu da adlanır.

Bu fırıldaqçılıq adətən fırıldaqçının qurbanın diqqətini cəlb etmək və etibarını qazanmaq üçün saxta şəxsiyyət addan istifadə etməsi ilə başlayır. Daha sonra qurbanları manipulyasiya etmək və pullarını ələ keçirmək üçün romantik münasibət təəssüratı yaranır. Bu, adətən qurbanları saxta investisiyalara və ya bizneslərə pul yatırmağa inandırmaqla həyata keçirilir.

Polis Manila yaxınlığındakı mərkəzə basqını keçən ay bu mərkəzdən qaçmağı bacaran bir vyetnamlının şikayətindən sonra edib. Polis sözçüsü Uinston Kasio 30 yaşlarında olan vyetnamlının yanvar ayında aşpaz işləmək vədi ilə Filippinə aparıldığını dryib. Amma sonra anlayıb ki, o, yüzlərlə başqaları kimi sevgili və kriptovalyuta fırıldaqları edən insan alverçilərinin əlinə düşüb.

Uinston Kasio bildirib ki, bu fırıldaqçılıq mərkəzləri qurbanlarını aldatmaq üçün yaxşı görünüşlü kişi və qadınları işləməyə məcbur edir. Polis sözçüsü bildirib ki, xəbəri verən vyetnamlı divara dırmaşaraq, çayı keçərək mərkəzdən qaçıb, daha sonra fermaya sığınıb və ferma sahibi polislə əlaqə saxlayıb.

Uinston Kasio həmçinin vyetnamlının bədənində döyülmə və elektrik cərəyanı da daxil olmaqla işgəncə izlərinin olduğunu bildirib. Polis sözçüsü mərkəzdəki bəzi digər məcburi işçilərin də qaçmağa çalışdıqlarını, lakin hər dəfə yaxalandığını bildirib.

Keçən may ayında Filippin hakimiyyəti əsirlikdə saxlanılan və oxşar fırıldaqçılıq mərkəzində işləməyə məcbur edilən 1000-dən çox insanı xilas edib. BMT-nin ötən ilin avqustunda dərc etdiyi hesabatda dünyanın hər yerindən yüz minlərlə insanın internet fırıldaqçılığı ilə məşğul olmaq üçün Cənub-Şərqi Asiya ölkələrinə aparıldığı bildirilir.

Jalə

Maşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin