Tanınmış professor vəfat etdi - FOTO

21:04 - 14 Mart 2024

Tanınmış professor vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı vəfat edib.

 

Manset.az  xəbər verir ki, bu barədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirilib.

Mərhumla vida mərasimi sabah saat 10.00-da Təzəpir məscidində keçiriləcək.

Şirindil Alışanov 1952-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1976-1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışıb. 1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışıb.

1993-1998-ci illərdə "Elm" qəzetinin baş redaktoru, 1997-2013-cü illərdə "Elm" Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olub. 1990-cı ildən "Sabah" nəşriyyatının direktoru kimi çalışıb.

Bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvüdür. Dörd kitabı və yüzdən artıq elmi və ədəbi-tənqidi məqaləsi çap olunub.

Allah rəhmət eləsin!



Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin