Ali məktəblərə və kolleclərə sənəd qəbulu BAŞA ÇATDI

10:49 - 16 Mart 2024

Ali məktəblərə və kolleclərə sənəd qəbulu BAŞA ÇATDI

Abituriyentlərin ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd qəbulu başa çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) 15 mart saat 23:59-dək DİM-in saytına daxil olub "Abituriyentin elektron ərizəsi”ni doldurmalı və təsdiq etməli idilər.

DİM-in məlumatına görə, 110 mindən çox abituriyent öz ərizəsini təsdiq edib. daha dəqiqi məlumat tezliklə açıqlanacaq.

Ərizə qəbulu martın 1-dən başlamışdı.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin