Azərbaycanın bu bölgəsinə qar yağır - FAKTİKİ HAVA

15:37 - 16 Mart 2024

Azərbaycanın bu bölgəsinə qar yağır - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, martın 16-sı saat 15:00-a olan məlumatına əsasən Göygöl, Gəncə, Oğuz, Şəki, Qaxda yağış, Şahdağda qar yağır.

Martın 16-da Kürdəmir rayonunun Atakişilər kəndinə saat 03.20-03.25 radələrində diametri 0.5-0.8 mm, saat 12.30 radələrində isə Naxçıvanda 0.5 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 15, dağlıq rayonlarda 11 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 1 dərəcə şaxta qeydə alınıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin