“Zirə” “Kəpəz”ə qalib gəldi

18:30 - 16 Mart 2024

“Zirə” “Kəpəz”ə qalib gəldi

Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

 

Manset.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşmasında “Zirə” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi bu oyunda qələbəyə sevinib.

“Araz-Naxçıvan” isə “Qəbələ” ilə üz-üzə gələcək.

Xatırladaq ki, turun ilk oyununda “Neftçi” “Səbail”ə qalib gəlib – 3:0. “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” oyunları isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
27-ci tur
16 mart

“Zirə” – “Kəpəz” 2:1
Qollar: Salifu Suma, 60. Qismət Alıyec, 77-pen – Martins Junior, 90+4.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev.
Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin