ABŞ-də naməlum silahlı 3 nəfəri öldürdü

20:07 - 16 Mart 2024

ABŞ-də naməlum silahlı 3 nəfəri öldürdü

ABŞ-nin Pensilvaniya ştatının Folls Taunşip yaşayış məntəqəsində silahlı şəxsin hücumu nəticəsində 3 nəfər həlak olub.

 

Manset.az xəbər verir ki, bu barədə “Fox 29” telekanalı məlumat yayıb.

Bildirilib ki, silahlı şəxs oğurlanmış avtomobillə şəhər ətrafında hərəkət edir. O, artıq şəhərin müxtəlif yerlərində bir neçə hücum həyata keçirib.

Atışma Müqəddəs Patriarx Günü tədbirinin keçirildiyi yerin yaxınlığında baş verib. Təşkilatçılar tədbiri ləğv etməyə məcbur olublar.

Polis həyəcan təbili çalıb və sakinləri cinayətkarın axtarışı davam etdiyi müddətdə evlərinə qapanmağa və çölə çıxmamağa çağırıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin