Bakıda eyni rayonda fərqli qiymətə satılan mənzillər - ARAŞDIRMA + VİDEO

08:54 - 18 Mart 2024

Bakıda eyni rayonda fərqli qiymətə satılan mənzillər - ARAŞDIRMA + VİDEO

Paytaxtda MTK-lar tərəfindən eyni ərazidə bir kvadratmetri fərqli qiymətlərə mənzillər satışa çıxarılır.

 

Manset.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Xəzər Xəbər"ə bildirib ki, inkişaf etmiş ölkələrin əksəriyyətində daşınmaz əmlakların tikildiyi şəhərlərə, ərazilərə hətta onların yerləşdiyi küçələrə görə vahid satış qiymətləri olur.

Onun sözlərinə görə, Bakıda isə mənzillərin satışı fərqli qaydada həyata keçirilir.

Ekspert qeyd edib ki, bəzi MTK-lar müxtəlif yollarla Bakıda yeni tikilən binalarda mənzillərin qiymətini süni şəkildə artırırlar.

E.Fərzəliyev onu da əlavə edib ki, bu sahədə sui istifadə hallarının qarşısını almaq üçün nəzarət mexanizmi gücləndirilməlidir.

Ətraflı süjetdə:


Xəbər xətti

22 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin