Bakıda anbarlar yandı

09:42 - 18 Mart 2024

Bakıda anbarlar yandı

Bakı şəhərinin Nizami rayonunda anbar kimi istifadə olunan obyektlərdə yanğın olub.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, bir dam altında tikilən ümumi sahəsi 1 440 kvadratmetr olan 18 ədəd anbar kimi istifadə olunan obyektlərdən 3 ədədinin dam örtüyünün yanar konstruksiyaları 70 kvadratmetr sahədə və içərisinə yığılan əşyalar qismən yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin