5-dən çox uşağı olduğuna görə sosial müavinət alanların sayı açıqlandı

14:36 - 18 Mart 2024

5-dən çox uşağı olduğuna görə sosial müavinət alanların sayı açıqlandı

Mövcud qanunvericiliyə uyğun olaraq beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir.

 

Manset.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, son beş ildə bu müavinətin məbləği 3,5 dəfə artırılaraq 105 manata çatdırılıb.

Hazırda 5-dən çox uşağı olduğuna görə sosial müavinət alan qadınların sayı 2600-dən çoxdur.

Qeyd edək ki, Milli Məclisdə Azərbaycanda çoxuşaqlı anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi təklif olunub. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov çoxuşaqlı ailə məsələsinə baxılmasını təklif edib:

“Çoxuşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilsin. Diferensial yanaşma bu sahədə çox vacibdir. Əgər çoxuşaqlı ailə modelini 5-dən 3-ə endirəriksə, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər".

Komitə sədri Musa Quliyev də bildirib ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır:

“Biz bu təklifi dəstəkləyirik. Çox uşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilməlidir. Eyni zamanda, onlara verilən müavinətə baxılmalıdır. Ailələrə daha çox uşaqlara görə müavinət verilməsi yollarını biz axtarırıq”.

Musa Quliyev qeyd edib ki, aidiyyəti orqanla çoxuşaqlı ailə modelinə yenidən baxılması məsələsi müzakirə olunur:

“Onlar da bu məsələdə müsbət fikirdədirlər”.


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin