Azərbaycan-NATO əməkdaşlığı bölgədə sülh və təhülkəsizliyi əks etdirir - Deputat

18:06 - 18 Mart 2024

Azərbaycan-NATO əməkdaşlığı bölgədə sülh və təhülkəsizliyi əks etdirir - Deputat

Azərbaycan Respublikası ilə NATO arasında səmərəli və məzmunlu tərəfdaşlıq münasibətləri mövcuddur və son 30 ilə yaxın dövr ərzində Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinin icrası bu əlaqələri daha da irəliyə aparıb. Azərbaycan Sülh naminə Tərəfdaşlığın prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoqı gücləndirib. Eləcə də Azərbaycanın 2004-cü ildə qoşulduğu Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı müntəzəm siyasi dialoq həyata keçirməyə, ikitərəfli tərəfdaşlığı sistemləşdirməyə imkan verib. Azərbaycan hərbçiləri NATO-nun müxtəlif təlim və proqramlarında iştirak edib, NATO qüvvələrinin iştirakı ilə çoxmillətli əməliyyatlara və hərbi təlimlərə qoşulub. Həmçinin, son illərdə müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, əməliyyatlara qoşulub, Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Digər qlobal təhlükəsizlik təhdidləri və s. kimi aktual məsələlərdə də Azərbaycan bu qurumda öz töhfəsini veribdir. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir.

 

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Manset.az-a  bildirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri aparılan islahatlar nəticəsində müdafiə və hərbi əzmkarlığını gücləndirib və müasirləşdirib, NATO standartlarına uyğun yüksək səviyyəli peşəkar ordu yaradıb. Ölkəmiz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında olan torpaqlarını azad edib, 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edibdir və bu da Ordumuzun ən müasir peşəkar simasını nümayiş etdirir. 

NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfərinin olduqca mühüm siyasi-hərbi əghəmiyyətə malik olduğunu vurğulayan A.Hüseynovun sözlərinə görə, bu səfər Şimali Atlantika Müqaviləsi Təşkilatının Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirilməkdə maraqlı olduğunu ifadə etdi. Yens Stoltenberqin Bakıda mətbuata bəyanatında bildirdiyi kimi, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır və biz uzun illərdir bir yerdə çalışırıq. Azərbaycan-NATO tərəfdaşlığı regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Bu baxımdan Azərbaycanın sülh təşəbbüsləri  NATO tərəfindən müsbət qarşılanır və regionda təhülkəsizlik gündəliyinin müəyyən edilməsində birgə iradəni əks etdirir. 

Millər vəkili NATO-ya üzv olan ölkələrin qaz təchizatı baxımından Azərbaycanla tərəfdaş oduğunu da mühüm geosiyasi amil kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Qarşıdan gələn illərdə qaz nəqli artacaq və bu da NATO tərəfdaşlarımızın sayını da çoxaldacaq. Eyni zamanda, Azərbaycan öz tərəfdaşları ilə birlikdə bərpaolunan enerji mənbələri üzrə Aİ ölkələri ilə əlaqələri dərinləşdirir. Bu isə Azərbaycan – NATO münasibətlərini müasir mərhələdə daha da möhkəmləndirəcək.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin