Rumıniya 2,7 milyard dollarlıq sərmayə ilə nəhəng NATO bazasına ev sahibliyi edəcək

21:50 - 18 Mart 2024

Rumıniya 2,7 milyard dollarlıq sərmayə ilə nəhəng NATO bazasına ev sahibliyi edəcək

Rumıniyada NATO-nun Avropadakı ən böyük hərbi bazalarından birinin tikintisinə başlanılıb.

 

Manset.az Ölkə mətbuatına istinadən xbər verir ki, , Rumıniya nəhəng hərbi baza üçün təxminən 2,7 milyard dollar büdcə ayırıb.

Layihə çərçivəsində Rumıniyanın Konstansa yaxınlığında yerləşən 57-ci Hava Bazası genişləndirilərək təxminən 10 min NATO personalı və onların ailə üzvlərini qəbul etməyə hazır vəziyyətə gətiriləcək.

Sözügedən baza hərbi təyyarələr üçün uçuş-enmə zolaqları və anqarlar kimi əsas hərbi infrastrukturlara, həmçinin məktəblər, uşaq bağçaları, mağazalar və hətta xəstəxana kimi mülki obyektlərə malik olacaq və özünü təmin edəcək və müxtəlif əməliyyat tələblərinə cavab verəcək şəkildə təchiz olunacaq.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin