Bir sahədə biznesmenlərə güzəşt ediləcək

10:55 - 19 Mart 2024

Bir sahədə biznesmenlərə güzəşt ediləcək

Kənd Təsərrüfatı Nazirliyi Kollegiyası “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib.

 

Manset.az xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra quş əti istehsalı üçün avadanlıq dəsti (yemləmə, sulama, havalandırma-soyutma, isitmə, işıqlandırma və idarəetmə sistemləri daxil olmaqla) siyahıya daxil edilib.

Qərarın icrasına nazir müavini İlhamə Qədimovaya tapşırılıb.

Nazirliyin Aparatının Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin