Rusiya diplomatı bu ölkədən deportasiya edilib

16:12 - 19 Mart 2024

Rusiya diplomatı bu ölkədən deportasiya edilib

Moldovanın rusiyapərəst separatçı Dnestryanı bölgəsində Rusiya prezident seçkiləri üçün qutuların yaradılması böhrana səbəb olub.

 

Bu barədə Manset.az xarici KİV-ə istinadən xəbər verir.

Moldova xarici işlər naziri Mixay Popşoy açıqlamasında məsələ ilə bağlı Rusiya səfiri Oleq Vasnetovun Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb. Nazir Popşoy Dnestryanı bölgədə seçki qutularının yaradılması ilə bağlı səfir Vasnetova etiraz notası göndərildiyini bildirib. Popşoy Rusiyanın Kişinyovdakı səfirliyinin diplomatının “persona non qrata” elan edildiyini də vurğulayıb. Moldova Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada adı açıqlanmayan rus diplomatın persona non qrata elan edilərək deportasiya edildiyi bildirilib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Kişinyovun deportasiya qərarına cavab veriləcəyi bildirilib.

Moldova administrasiyası Rusiyada keçirilən prezident seçkiləri üçün Rusiyanın Kişinyovdakı səfirliyindən başqa heç bir məntəqədə seçki qutularının qurulmasına icazə verməyib. Bununla belə, 250 mindən çox Rusiya vətəndaşının yaşadığı separatçı Dnestryanı bölgədə 6 səsvermə mərkəzi açılıb.
Moldova 1991-ci ildə Sovet İttifaqını tərk etdikdən sonra Dnestryanı birtərəfli qaydada Rusiyanın dəstəyi ilə müstəqilliyini elan edib.

Jalə

Manşet.az


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin