İngiltərə millisinin heyəti açıqlandı

22:46 - 19 Mart 2024

İngiltərə millisinin heyəti açıqlandı

İngiltərə millisinin Braziliya və Belçika yığması ilə keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

 

Manset.az xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt 26 oyunçuya dəvət göndərib.

Qapıçılar: Cordan Pikford ("Everton"), Aaron Ramsdeyl ("Arsenal"), Sem Conston ("Kristal Pelas")

Müdafiəçilər: Jerrad Branthayt ("Everton"), Ben Şiluell ("Çelsi)", Lyuis Dank ("Brayton"), Cozef Qomez ("Liverpul"), Harri Maquayr ("Mançester Yunayted"), Ezri Konsa ("Aston Villa") ), Con Stounz, Kayl Uoker (hər ikisi "Mançester Siti") 

Yarımmüdafiəçilər: Cude Bellinqem ("Real"), Konor Qallager (Çelsi), Cordan Henderson ("Ayaks"), Ceyms Maddison ("Tottenhem"), Deklan Rays ("Arsenal"), Kobbi Maynu ("Mançester Yunayted")

Hücumçular: Jarrod Boven (“Vest Hem”), Fil Foden (“Mançester Siti”), Antoni Qordon (“Nyukasl”), Harri Keyn (“Bavariya”), Koul Palmer (“Çelsi”), Markus Reşford (“Mançester Yunayted”), Bukayo Saka (“Arsenal”), Olli Uotkins ("Aston Villa"), İvan Toni ("Brentford")

Qeyd edək ki, İngiltərə millisi Braziliya ilə martın 23-də, Belçika ilə isə martın 26-da qarşılaşacaq.


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin