Premyer Liqanın ən dəyərli 10 futbolçusu açıqlandı - SİYAHI

09:44 - 20 Mart 2024

Premyer Liqanın ən dəyərli 10 futbolçusu açıqlandı - SİYAHI

Azərbaycan Premyer Liqasında çıxış edən ən dəyərli futbolçular açıqlanıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) çempionatda transfer dəyəri ən yüksək olan 10 oyunçu müəyyənləşdirib.

Siyahının ilk dörd pilləsində “Qarabağ”ın üzvləri qərarlaşıblar. Ümumiyyətlə, 10 futbolçudan 6-sı Ağdam təmsilçisinin formasını geyinir.

Premyer Liqanın ən dəyərli futbolçusu Leandro Andrade hesab olunub. Kabo-Verde millisinin yarımmüdafiəçisinin transfer qiyməti 3,3 milyon avroya bərabər göstərilib.

1. Leandro Andrade (“Qarabağ”) – 3,3 milyon avro

2. Toral Bayramov (“Qarabağ”) – 2,4 milyon

3. Juninyo (“Qarabağ”) – 2,2 milyon

4. Elvin Cəfərquliyev (“Qarabağ”) – 1,8 milyon

5. Kahim Parris (“Sabah”) – 1,3 milyon

6. Suleyman Alluş (“Səbail”) – 1,2 milyon

7. Marko Yankoviç (“Qarabağ”) – 1 milyon

8. Ayxan Süleymanlı (“Sumqayıt”) – 900 min

9-10. Salifu Suma (“Zirə”) – 800 min

9-10. Julio Romao (“Qarabağ”) – 800 min


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin