Pakistanda kömür mədənində partlayış - 12 şaxtaçı öldü

15:05 - 20 Mart 2024

Pakistanda kömür mədənində partlayış - 12 şaxtaçı öldü

Pakistanın Xost vilayətinin Harnay şəhərində kömür mədənində partlayış baş verib.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, mədən işçiləri təxminən 240 metr dərinliyindəki dağıntıların altında qalıb.

Partlayışdan sonra 12 şaxtaçının cəsədinin tapıldığı bildirilib.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, partlayış zamanı mədəndə 20 işçi olub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin