Rusiyalı aktyor restoranda dava salıb ofisiantı dişlədi - VİDEO

15:17 - 20 Mart 2024

Rusiyalı aktyor restoranda dava salıb ofisiantı dişlədi - VİDEO

Rusiyalı aktyor Nikita Kologrivyy saxlanılıb.

 

Manset.az Baku.ws-ya istinadən xəbər verir ki, onu xırda xuliqanlığa görə 15 sutka həbs gözləyir.

Buna səbəb, martın 19-na keçən gecə aktyorun Novosibirskdəki "Tangiers Lounge"da dava salması olub.

Bildirilib ki, Koloqrivyy ora səhər birə yaxın bir tanışı ilə gəlib. Hadisə şahidlərinin sözlərinə görə, bir neçə saat sonra sərxoş olan aktyor ofisiant qıza yaxınlaşaraq onu dişləyib. Bundan sonra o, paltarını soyunaraq insanların üstünə atılıb və dava salmağa çalışıb.

Daha sonra aktyor polis bölməsinə aparılıb. Səhəri gün o, ofisiantdan üzr istədiyi də məlum olub. 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin